Şahmatçılarımız Avropa birinciliyində mübarizəyə başlayırlar | |
Avqustun 2-də Slovakiyanın Bratislava şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyi start götürür. 49 ölkədən 1300-dən çox şahmatçının qatıldığı qitə birinciliyində 8-18 yaşlı yeniyetmə idmançılar iştirak edirlər. Azərbaycanı bu yarışlarda müxtəlif yaş kateqoriyalarında 30 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq. |
|
Xəbər 737 dəfə oxundu. |
|
|