Usta cüdoçularımız Avropa çempionatında 5 medal qazanıblar
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.

Yarışın ilk günlərində Azərbaycan cüdoçuları iki qızıl, iki gümüş və bir bürünc medal qazanıblar. Cüdoçularımızdan Fərhad Rəcəbli (M7 90 kq) və Mübariz Cəfərov (M4 81 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar. Qeyd edək ki, bu, Fərhad Rəcəblinin usta cüdoçular arasında yeddinci Avropa çempionluğudur. Qitə çempionatında gümüş medalları Yamən Fətiyev (M5 100 kq), Müşfiq Cəfərov (M5 66 kq), bürünc medalı Babək Hacıyev (M3, 60 kq) qazanıblar.

Qeyd edək ki, usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparır.

Xəbər 790 dəfə oxundu.