Şahmatçımız Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq | |
İyulun 19-da Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting" beynəlxalq şahmat turnirinin beşinci turunun oyunları keçiriləcək. Növbəti turda şahmatçımız Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparacaq. Ötən turda T.Rəcəbov Lenyer Dominqeslə (ABŞ) heç-heçə edib. Dörd turdan sonra şahmatçımızın aktivində 2,5 xal var. |
|
Xəbər 740 dəfə oxundu. |
|
|