Respublika Şahmat Olimpiadasının ikinci turuna yekun vurulub | |
Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasının ikinci turuna yekun vurulub. A qrupunda iki turun nəticəsinə görə 28 idmançı qələbə qazanıb. Əlavə göstəricilərə görə Fərid Məlikov turnir cədvəlinə liderlik edir. B qrupunda isə 53 idmançı maksimum xal toplayıb. Bu qrupda isə əlavə göstəricilər üzrə Tunar Davudov liderdir. Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur. Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilir və şəxsi-komanda xarakteri daşıyır. Respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçının mübarizə apardığı şahmat olimpiadası iyulun 21-dək davam edəcək. |
|
Xəbər 820 dəfə oxundu. |
|
|