Şahmatçımız Serbiyada keçirilən “Paraçin 2019”da 4-cü yeri tutub | |
Serbiyada keçirilən və Azərbaycan şahmatçılarının da iştirak etdikləri “Paraçin 2019” açıq A turniri başa çatıb. Şahmatçılarımızdan Nail Bəşirli yarışda ən yüksək nəticə göstərib. Doqquz turdan 7 xal toplayan təmsilçimiz turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Yarışın qalibi 7,5 xalla serbiyalı İvan İvanisevic olub. Digər təmsilçilərimiz Abdulla Qədimbəyli 6, Vüqar Əsədli 5,5, Mustafa Məmmədov 4 xal toplayıblar. Yarışda 32 ölkədən 166 şahmatçı mübarizə aparıb. |
|
Xəbər 883 dəfə oxundu. |
|
|