FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının oyununa təyinat alıb
FIFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.

O, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.

R.Həsənovun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq.

Matçda dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Xəbər 860 dəfə oxundu.