Azərbaycan və Belarus Milli Paralimpiya komitələri arasında memorandum imzalanıb | |
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti ikinci Avropa Oyunları çərçivəsində Belarus Milli Paralimpiya Komitəsinin dəvəti ilə Minskdə səfərdədir. Minskdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Belarus Mili Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel və UNICEF- in Belarusdakı nümayəndəliyinin rəhbəri Raşed Mustafanın iştirakı ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə paralimpiya hərəkatının mövcud vəziyyəti və inkişafı sahəsində müzakirələr aparılıb. Müzakirələrdən sonra İlqar Rəhimov və Oleq Şelpin Azərbaycan və Belarus Milli Paralimpiya komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalayıblar. |
|
Xəbər 857 dəfə oxundu. |
|
|