Avropa Oyunları: 5-ci gün: cüdoçularımız qarışıq komanda yarışında mübarizəni dayandırıblar YENİLƏNİB | |
Minskdə ikinci Avropa Oyunlarında cüdoçuların mübarizəsi qarışıq yarışlarla başa çatır. Azərbaycan komandası 1/8 final rəqabətində Fransa ilə qarşılaşacaq. Daha sonra komanda qalib gələrsə, Portuqaliya – İspaniya cütlüyünün qabili ilə üz-üzə olacaq. *** 1/8 finalda cüdoçularımız fransa yığmasına, Larisa Florian (57 kq) Prisila Qnetoya, Nuriyə Axundova (70 kq) Eve Qahi-Mariyə, Rüstəm Orucov (73 kq) Jilyom Çeynə, Uşangi Kokauri (+90 kq) isə Ciril Mareyə uduzublar. Qeyd edək ki, cüdoçularımız “Minsk 2019”da fərdi yarışlarda beş medal qazanıblar. Medalların biri gümüş, dördü isə bürüncdür. |
|
Xəbər 998 dəfə oxundu. |
|
|