Mehman Xəlilov: “Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevincliyəm” - MÜSAHİBƏ | |
”Komandamıza medal qazandırdığım üçün çox şadam. Görüşdən əvvəl də qələbə qazanacağıma əmin idim”. Bu sözləri ikinci Avropa Oyunlarının sambo yarışında Azərbaycana ilk bürünc medal qazandıran Mehman Xəlilov "azsport.az" saytına müsahibəsində deyib. - Mehman, təbrik edirik. Azərbaycana ilk bürünc medalı sən qazandırdın. Bu yarış haqqında fikirlərini bildirərdin? - Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevincliyəm. Görüşdən əvvəl də qələbə qazanacağıma əmin idim. - Məşqçinin əvvəl motivasiya verməsinə ehtiyac var idi? - Mənim fikrimcə, məşqçinin əlavə motivasiya verməyinə həmişə ehtiyac var. Sadəcə, rəqibim düşmən olduğuna görə motivasiyam ikiqat idi. - Görüşdən sonra rəqib sənin əlini sıxmaq istəmirdi, elə bil. - Bəli, məğlub olmağından narazı idi. - Onlar hesab 7:1 olanda etirazlarını bildirdilər. - Etirazlarını bildirdilər. Hakimlərin baxışından sonra gördülər ki, xal düz verilib. - Amma startda səndə də bir az həyəcan hiss olunurdu. Əlbəttə, rəqibim erməni olduğu üçün yarışın ilk dəqiqələrində həyəcanlı idim. Get-gedə özümü ələ almağı bacardım. - Bundan sonra planların? - Dünya çempionatında qalib olub, vətənə qızıl medalla qayıtmaq. |
|
Xəbər 1223 dəfə oxundu. |
|
|