“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri beynəlxalq yarışlarda 8 medal qazanıblar
İyunun 16-dan 20-dək Macarıstanın paytaxtı Budapeştdə döyüş idman növləri üzrə məktəblərin dünya oyunları keçirilib.

18 ölkədən 2 min 350 idmançının qatıldığı yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin karate və cüdo idman növləri üzrə komandaları 9 idmançı ilə təmsil olunub.

Mərkəzin yetirmələri yarışlarda 5 qızıl, 1 gümüş, 2 bürünc medal qazanaraq, karate idman növü üzrə medal sayına görə 8 ölkə arasında komanda hesabında I yerə layiq görülüblər.

AZƏRTAC


Xəbər 687 dəfə oxundu.