“Gənc istedadlar” komandası “Gənclər kuboku” şahmat turnirinə liderlik edir | |
Xəzər Universitetinin Şahmat Akademiyasında keçirilən “Gənclər kuboku” uğrunda komanda reytinq yarışı davam edir. FIDE qaydaları üzrə keçirilən turnirdə üç turdan sonra “Gənc istedadlar” komandası liderdir. “Chess.az” və “Armaqeddon” komandaları isə 2-3-cü yerləri bölüşürlər. İyunun 19-da - turnirdə dördüncü və beşinci turun oyunları keçirilir. Yarış iyunun 21-dək davam edəcək. “Gənclər kuboku”nda “Armaqeddon”, “Chess.az”, “Ulduz”, “Gənc ulduzlar”, “Gənc istedadlar”, “I&M”, “Naxçıvan”, “Bakı-Sumqayıt” və “Elfim” komandaları mübarizə aparırlar. Turnirdə yalnız reytinqli şahmatçılar iştirak edirlər. |
|
Xəbər 800 dəfə oxundu. |
|
|