Qadın futbolunda çalışan məşqçilərə diplomlar təqdim olunub
AFFA qadın futbolunda çalışan məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu təşkil edib.

Azsport AFFA-ya istinadla xəbər verir ki, federasiyanın Futbol Akademiyasında kursu müvəffəqiyyətlə başa vurmuş iştirakçılara texniki direktor Bernhard Lippert, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçiləri - Vüqar Əsgərli və Zamir Həsənov tərəfindən müvafiq diplomlar təqdim olunub.

Xəbər 910 dəfə oxundu.