Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub | |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda böyüklər arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub. Yarışlar Azərbaycan Atletika Federasiyasının (AAF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışda 10 komandadan 110-dən çox atlet iştirak edib. Çempionatın ikinci günündə oğlanlar arasında uzunluğa tullanmada Yadulla İbrahimov, lövhə atmada isə Yusif Nəzərov qalib adını qazanıblar. Qızlar arasında uzunluğa tullanmada Yekaterina Sarıyeva birinci yerə layiq görülüb. Qaçış növləri üzrə oğlanların yarışında Rahib Məmmədov (200 m), İlham Abışov (800 m) və Eldar Qurbanlı (3000 m) birinci yerdə qərarlaşıblar. Qızların yarışında isə Zəkiyyə Həsənova (200 m), Nika Məmmədova (800 m) və Anna Yusubova (3000 m) birinci olublar. Yarışın qalibləri federasiya tərəfindən medal və diplomlarla təltif olunub. |
|
Xəbər 840 dəfə oxundu. |
|
|