“Avro-2020”: Azərbaycan-Macarıstan oyununun hakimləri bəlli olub
Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək “Avro-2020”nin seçmə oyunu üçün hakim təyinatı açıqlanıb.

İyunun 8-də keçiriləcək matçın idarə olunması hollandiyalı hakimlər briqadasına tapşırılıb. Kevin Blum baş hakim, Bas van Dongen və Johan Balder yan xətt hakimləri, Sərdar Gözübüyük isə dördüncü hakim təyin olunub.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.


Xəbər 971 dəfə oxundu.