Qadın cüdoçularımız Rumıniyada Avropa kuboku turnirində mübarizə aparırlar
Rumıniyada cüdo üzrə Avropa kuboku turniri start götürüb.

Qitə yarışında Azərbaycan yalnız qadın cüdoçularla təmsil olunur.

Tatami ustalarımız Leyla Əliyeva, Aişə Qurbanlı, (hər ikisi 48 kq), Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Elmira Mustafayeva, İçinkorloo Münxtsedev (hər ikisi 57 kq), Günel Həsənli və Aida Baxışova (hər ikisi 70 kq) artıq mübarizəyə başlayıblar.

İki gün davam edəcək turnirdə 31 ölkədən 400-ə yaxın idmançı mübarizə aparır.

Xəbər 925 dəfə oxundu.