Belarus-Azərbaycan oyununun hakimləri müəyyənləşib | |
Mayın 26-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu keçirəcək. Minskdə Belarus yığması ilə qarşılaşacaq millimizin oyununu idarə edəcək hakimlər müəyyənləşib. Matçın baş hakimi rusiyalı Olqa Zaxarova olacaq. Ona belaruslu Aleksandr Sudzev kömək edəcək. “C” qrupunda yer alan millimiz Belarus yığması ilə yanaşı, Finlandiya və İspaniya seçmələri ilə də qarşılaşacaq. |
|
Xəbər 956 dəfə oxundu. |
|
|