Millimizin Bakıda təlim-məşq toplanışı başlayıb | |
Mayın 21-də Bakıda 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı başlayıb. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, mayın 29-dək davam edəcək hazırlıq prosesinə 23 futbolçu cəlb olunub. Heyətdə Elvira Əsgərzadə, Minarə Gözəlova, Nigar Əhmədova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova, Pərvin Safaraliyeva, Lamiə Əlizadə (hamısı 8 - İOEUGiM), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva, Nəzrin Məmiyeva (hamısı “Keşlə”), Umnisə Əliyeva, Ləman Niftəliyeva, Alina Nəhmədova (hamısı “Fidan”), Lamiyə Qurbanova (“Qəbələ”), Aysun Muradova (“Qubek”), Dilara Soley Deli (“Gütersloh”, Almaniya), Sumeyya Tertemiz (“Hakkari Gücü Spor”, Türkiyə), Neslihan Bozkaya (“Kemer”, Türkiyə), Birgül Çelik (“Çerkezköy 1923 Spor”, Türkiyə), Nazelin Kaya (“Qazikent”, Türkiyə) və Beyzanur Aslan (“Antalyaspor”, Türkiyə) yer alıblar. |
|
Xəbər 898 dəfə oxundu. |
|
|