“Zirvə Kuboku 2019” şahmat turniri başa çatıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda “AAAF Park” yaşayış kompleksinin “Zirvə” liseyində keçirilən qrossmeyster normalı beynəlxalq şahmatçılar arasında “Zirvə Kuboku 2019” turniri başa çatıb.

Xəzər Universiteti Şahmat Akademiyasının və “AAAF Park”ın təşkilatçılığı ilə keçirilən turnirdə iki komanda (“Qrossmeysterlər” və “İddiaçılar”) mübarizə aparıb. Turnir “İddiaçılar” komandasının qələbəsi ilə başa çatıb. Bundan əlavə, “İddiaçılar” komandasının üç üzvü - Vüqar Əsədli, Orxan Abdulov və İran təmsilçisi Saed Xəlil Musavi qrossmeyster normalarını yerinə yetiriblər.


Xəbər 677 dəfə oxundu.