Balakəndə Ulu Öndərin xatirəsinə həsr olunan stolüstü tennis yarışında 52 idmançı mübarizə aparıb
Balakən Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilən stolüstü tennis üzrə rayon birinciliyinə yekun vurulub.

Balakən Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 52 oğlan və qız idmançı mübarizə aparıb.

Oğlanların yarışında Ruslan Varsayev, Məhəmməd Məmmədov və Murad Lokov, qızlar arasında isə Məleykə Nastakalova, Sarat Məmmədova və Ceylan Dabaxova müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Birinciliyin qalibləri mükafatlandırılıblar.

Xəbər 900 dəfə oxundu.