Paracüdoçumuz Bəsti Səfərova beynəlxalq Qran-Pri yarışlarının yarımfinal mərhələsinə yüksəlib | |
Azərbaycan idmançısı Bəsti Səfərova Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının yarımfinal mərhələsinə yüksəlib. Turnirdə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz argentinalı Dure Rocia Ledesmanı və Özbəkistan təmsilçisi Sevinc Salayevanı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda təmsilçimizin rəqibi ukraynalı İnna Çerniak olacaq. |
|
Xəbər 898 dəfə oxundu. |
|
|