Qadın boksçularımız Astanada | |
Qadınlardan ibarət milli komandamız dünya çempionatına hazırlaşır. Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, yığmamızın 3 üzvü – Anna Əlimərdanova (51 kq), Ayzinət Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq) Astanada təlim-məşq toplanışındadır. Xanımlarımız “Avtomobilist” bazasında Ukrayna və Qazaxıstan idmançıları ilə birgə hazırlıq keçirlər. Yığmamızın üzvləri mayın 8-də Çinin Quançjao şəhərinə yollanacaqlar. Xatırladaq ki, mayın 11-də bu şəhərdə London Olimpiadasına lisenziya verən dünya çempionatı start götürəcək. Olimpiya oyunlarında qadınların boks yarışı 3 çəki dərəcəsində - 51, 60 və 75 kq çəki dərəcələrində keçiriləcək. Milli komandamızın üzvləri Qazaxıstana getməmişdən öncə Yunanıstanda təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak ediblər. Həmin yarışda Yelena Vıstropova 3-cü yerə layiq görülüb. Qadınlar arasında dünya çempionatında həmyerlimiz Rövşən Hüseynov hakimlik edəcək. |
|
Xəbər 1057 dəfə oxundu. |
|
|