Azərbaycan millisi Belarusda ikinci olub
Futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minskdə təşkil olunmuş UEFA İnkişaf turnirində sonuncu oyununu keçirib.

Qazaxıstan yığması ilə qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan yığmamız 4:2 hesabı ilə qələbə qazanıb və turnirdə ikinci yeri tutub.

Millimiz ilk oyununda Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gəlsə də, Belarus ilə qarşılaşmada uduzub – 1:2.

Xəbər 1153 dəfə oxundu.