Binəqədi rayonunda məktəblilər arasında futbol birinciliyi keçirilib | |
Mayın 6-7-də Binəqədi rayonunda 248 №-li tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü həsr olunmuş “Rayonumuzu Təmiz Saxlayaq” kuboku uğrunda məktəblilər arasında futbol birinciliyi keçirilib. Birincilikdə rayon orta ümumtəhsil məktəblərinin 5-6-cı sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər. Birinciliyin nəticəsinə görə, 248 №-li tam orta məktəbin komandası birinci, 115 №-li tam orta məktəbin komandası ikinci, 83 №-li məktəb-liseyin komandası üçüncü yeri tutublar. Qeyd edək ki, qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov iştirak edib. |
|
Xəbər 750 dəfə oxundu. |
|
|