Velosiped üzrə Sumqayıt birinciliyində 200 yaxın məktəbli mübarizəyə qoşulub
Sumqayıta şəhər statusu verilməsinin 70 illiyinə həsr olunan velosiped üzrə şəhər birinciliyinə yekun vurulub. Yarış Sumqayıt şəhər gənclər və idman baş idarəsinin, şəhər təhsil şöbəsinin və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.

Ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında keçirilən yarışda şəhərdə fəaliyyət göstərən tam orta ümumtəhsil məktəbləri, lisey və gimnaziyalardan 200-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda 16 nömrəli tam orta məktəbin komandası, Texniki Təbiət Elimləri Liseyinin və 18 nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri tutublar.

Yarışın qalib və mükafatçıları şəhər gənclər və idman baş idarəsi tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunub.

Xəbər 782 dəfə oxundu.