İlk gündə bir gümüş medal
Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Avropa çempionatı başlayıb. İdman.com.az saytının məlumatına görə, 14 idmançıdan ibarət milli komandamız yarışın ilk gününü gümüş medalla başa vurub.

İlk görüşdə danimarkalı idmançını 13-2, ardından belaruslu rəqibini 5-0 hesabı ilə məğub etməklə bürünc medalı təmin edən Mikayıl Əliyev (54 kq) yarmfinalda ingiltərəli taekvondoçuya 15-9 hesabı ilə qalib gəlib. Final görüşündə öz çəkisinin favoritlərindən sayılan rusiyalı Seyfulla Maqomedovla gərgin görüşdə isə daha təcrübəli rəqib üstün olub. Mükafatçılara medalları Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti və Avropa Taekvondo Birliyinin vitse prezidenti Füzuli Musayev təqdim edib.

Digər taekvondoçularımıza gəlincə, son saniyələrində qələbəni əldən verən Səbinə Mikayılova (62 kq) ilə Xəyalə Quliyeva isə (46 kq) mübarizəni bürünc medalın bir addımlığında dayandırmalı olublar. İlk gün döyüşən 4 taekvondoçumuzdan Aydın Bəhməlovun (+87 kq) tanınmış idmançı Bəhri Tanrıqulu (Türkiyə) ilə çıxışı uğursuz alınıb.
Mayın 4-də daha 3 idmançımız yarışa qatılacaq. Samir Aydınov (58 kq) Kiprli idmançı ilə, Fərid tağızadə (87 kq) Polşalı, Türkanə Tahirli (49 kq) isə Türkiyə təmsilçisi ilə ilk görüşlərin keçirəcəklər. Avropa çempinatına ayın 6-da yekun vurulacaq.

Xəbər 1209 dəfə oxundu.