"GRENKE Chess Classic 2019": Bu gün dördüncü turun oyunları keçiriləcək
Aprelin 23-də Almaniyada "GRENKE Chess Classic 2019" superturnirinin dördüncü turunun oyunlarına start veriləcək.

Ötən turda Azərbaycan şahmatçısı Arkadi Naydiç Maksim Vaşe-Laqravla sülh bağlayıb. Təmsilçimizin aktivində cəmi 1 xal var. Turnirin digər oyunlarına gəldikdə, Piter Svidler Qeorq Mayeri, Fabiano Karuana Vinsent Keymeri məğlub edib. Maqnus Karlsen Vişvanatan Anand, Fransisko Valexo Levon Aronyanla heç-heçə ediblər.

Üç turun nəticəsinə görə M. Karlsen və P. Svidler 2,5 xalla turnir cədvəlinə başçılıq edirlər. V. Anand, F. Karuana 2, L. Aronyan, M. Vaşe-Laqrav 1,5, F. Valexo, Q. Mayer hərəyə 1 xal qazanıblar.

Növbəti turda Arkadi Naydiç ötən turları məğlub başa vuran V. Keymerlə mübarizə aparacaq.

Xəbər 847 dəfə oxundu.