Azərbaycan London Olimpiadasına 50 lisenziya qazanıb - SİYAHI | |
Azərbaycan London Yay Olimpiya Oyunlarına daha 7 lisenziya qazanıb. Rusiyanın Çelyabinsk şəhərində başa çatan Avropa çempionatından sonra Olimpiadaya vəsiqə qazanan cüdoçuların adları müəyyənləşib. Beləliklə lisenziyalarımızın sayı 50-yə çatıb. Beynəlxalq Cüdo Federasiyasının (İJF) olimpiya təsnifat cədvəlinə əsasən, yığmamız 7 lisenziyaya sahib olub. Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli və ya Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq). 81 kq çəki dərəcəsində Londona ya Olimpiya çempionumuz Elnur Məmmədli, ya da Elxan Rəcəblinin yollanmasına bugünlərdə dəqiqlik gələcək. Qeyd edək ki, İJF-in qaydalarına əsasən olimpiadada hər çəki dərəcəsində hər ölkə yalnız 1 cüdoçu ilə təmsil olunacaq. Qeyd edək ki, bu hələ son deyil, idmançılarımız lisenziya uğrunda yarışlarda mübarizəni davam etdirirlər. London Olimpiadasına lisenziya qazanmış Azərbaycan idmançıları aşağıdakılardır: 1. Dmitri Marşin (atletika, çəkicatma) 2. Fəridə Əzizova (taekvondo, 67 kq) 3. Ramin Əzizov (taekvondo, 80 kq) 4. Soltan Migitinov (boks, 75 kq) 5. İradə Aşumova (güllə atıcılığı, 25 m) - qoşa 6. Sergey Bezuqlı - Maksim Prokopenko cütlüyü (avarçəkmə, kanoe, 1000 m) 7. Valentin Demyanenko (avarçəkmə, kanoe, 200 m) 8. Aleksandr Aleksandrov (akademik avarçəkmə, 2000 m) 9. Nataliya Mustafayeva (akademik avarçəkmə, 2000 m) 10. Rövşən Bayramov (yunan-Roma güləşi, 55 kq) 11. Saman Təhmasibi (yunan-Roma güləşi, 84 kq) 12. Mariya Stadnik (qadın güləşi, 48 kq) 13. Şərif Şərifov (sərbəst güləş, 84 kq) 14. Cəbrayıl Həsənov (sərbəst güləş, 66 kq) 15. Əşrəf Əliyev (sərbəst güləş, 74 kq) 16. Cəmaləddin Maqomedov (sərbəst güləş, 120 kq) 17. Yelena Çalıx (velosiped idmanı) 18. Aliyə Qarayeva (bədii gimnastika) 19. Heybətulla Hacıəliyev (boks, 64 kq) 20. Elvin Məmişzadə (boks, 52 kq) 21. Teymur Məmmədov (boks, 91 kq) 22. Məhəmmədrəsul Məcidov (boks, +91 kq) 23. Layeş Abdullayeva (atletika, 3000 m məsafəyə qaçış) 24. Layeş Abdullayeva (atletika, 5000 m məsafəyə qaçış) 25. Ağır atletika (kişilər) 26. Ağır atletika (kişilər) 27. Ağır atletika (kişilər) 28. Ağır atletika (kişilər) 29. Ağır atletika (kişilər) 30. Şakir Şixəliyev (idman gimnastikası) 31. Camal Rəhimov (atçılıq) 32. Ağır atletika (qadın) - 1 nəfər 33. Məhəmməd Əbdülhəmidov (boks, 56 kq) 34. Kamran Məmmədov (yunan-Roma güləşi, 60 kq ) 35. Toğrul Əsgərov (sərbəst güləş, 60 kq) 36. Vətən Hüseynli (boks, 81 kq) 37. Yuliya Ratkeviç (qadın güləşi, 55 kq) 38. Səbinə Mikina (qılıncoynatma) 39. Yevgeni Lazuqa (üzgüçülük) 40. Oksana Hətəmxanova (üzgüçülük) 41. Hetaq Qazyumov (sərbəst güləş, 96 kq) 42. Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq) 43. Şalva Qadabadze (yunan-Roma güləşi, 96 kq) 44. Kifayət Qasımova (cüdo, 57 kq) 45. Ramilə Yusubova (cüdo, 63 kq) 46. İlqar Müşkiyev (cüdo, 60 kq) 47. Tərlan Kərimov (cüdo, 66 kq) 48. Elnur Məmmədli (cüdo, 81 kq) 49. Elxan Məmmədov (cüdo, 90 kq) 50. Elmar Qasımov (cüdo, 100 kq) |
|
Xəbər 1355 dəfə oxundu. |
|
|