Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində daha bir ölkə iştirakını təsdiq edib | |
Mayın 10-dan 12-dək Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində daha bir ölkə iştirakını təsdiqləyib. Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Çad, Sloveniya, Macarıstan və Monteneqrodan sonra Fransa komandası da iştirakını rəsmiləşdirib. Fransa yığmasının tərkibində Bakı tatamisində 28 cüdoçu mübarizə aparacaq (14 kişi, 14 qadın). Sloveniya 18, Monteneqro 3, Çad 2, Macarıstan isə 1 idmançı ilə təmsil olunacaq. |
|
Xəbər 881 dəfə oxundu. |
|
|