Mərakeş Qran-Prisində Azərbaycanı bir cüdoçu təmsil edəcək
Martın 8-dən 10-dək Mərakeşdə keçiriləcək kişilər və qadınlar arasında Qran-Pri turnirində Azərbaycanı 1 cüdoçu təmsil edəcək.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, yarışlarda yığmamızın üzvü Aleksandra-Larisa Florian (52 kq) qüvvəsini sınayacaq.

Nüfuzlu turnirdə 71 ölkədən 500-ə yaxın cüdoçunun iştirakı gözlənilir.

Qeyd edək ki, idmançı yığmamızın heyətində ilk dəfə Praqada keçirilən qadınlar arasında açıq Avropa kubokunda iştirak edib. O, debüt çıxışında yarımfinalda məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada isə fransalı Lusile Duporta uduzub.

Xəbər 1005 dəfə oxundu.