Yüksək Liqanın XVIII turu EKOL futzal komandası üçün əlamətdar olub | |
Futzal üzrə Yüksək Liqanın XVIII turu EKOL komandası üçün əlamətdar göstərici ilə yadda qalıb. 2008-ci ildə yaradılan və ölkə çempionatında iştirak edən bu komanda “Yasamal” İSK ilə matçadək 1489 qol vurub. Autsayderlə matçda 13:2 hesabı ilə qələbə qazanan EKOL-un 11-ci – Əsgər Abasovun vurduğu qol klubun tarixində 1500-cü qol olub. Hazırda aktivində 1502 qol olan EKOL bu göstəriciyə 226 oyunda nail olub. Bu da hər oyuna orta hesabla 6.6 qol deməkdir. Yeri gəlmişkən, EKOL 226 oyundan 143-də qələbə qazanıb. |
|
Xəbər 844 dəfə oxundu. |
|
|