Kikboksinq üzrə Azərbaycan birinciliyində 500-ə yaxın idmançı mübarizə aparacaq
Fevralın 14-də Şağan Olimpiya İdman Kompleksində kikboksinq üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi start götürəcək.

Ölkə birinciliyində paytaxt və regionlardan 500-ə yaxın idmançı mübarizə aparacaq.

Yarışlara fevralın 17-də yekun vurulacaq.

Xəbər 1238 dəfə oxundu.