Azərbaycan gimnastı Mixail Malkinin tamblinq üzrə dünya kubokunda qızıl medal qazanmaq şansı çox yüksəkdir | |
Azərbaycan gimnastı Mixail Malkinin tamblinq üzrə dünya kubokunda qızıl medal qazanmaq şansı çox yüksəkdir. Bu sözləri tamblinq üzrə milli komandamızın baş məşqçisi Adil Hüseynzadə deyib. O bildirib ki, iki həftə ərzində idmançının tam formada olacağına ümid edirəm. Turnirdə rəqabət güclü olacaq. İdmançımızın ən güclü rəqibi isə rusiyalı atletlərdir. Fevralın 16-17-də Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı keçiriləcək. |
|
Xəbər 951 dəfə oxundu. |
|
|