Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının yeddinci turuna yekun vurulub
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının yeddinci turuna yekun vurulub.

Yeddi turun nəticəsinə görə, Məhəmməd Muradlı və İsmayıl Şahəliyev 5 xalla 1-2-ci yerləri bölüşürlər. Abdulla Qədimbəyli 4,5 xalla turnir cədvəlində üçüncü yerə yüksəlib. Dördüncü pillədə qərarlaşan Ülvi Bacaraninin də aktivində 4,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirə yanvarın 24-də yekun vurulacaq.

Xəbər 823 dəfə oxundu.