Üç «Beşikdaş»lı əvf olundu | |
«Beşikdaş»da Bebe, Sidney və Alves 10 gün öncə intizamsız hərəkətləri səbəbiylə qeyri-müəyyən müddətə heyətdən uzaqlaşdırılmışdılar. İdman.com.az saytının məlumatına görə, artıq cəzalarını bitirən futbolçular sıraya qayıdıb komanda ilə birgə məşqlərə qoşulublar. Cəza müddəti portuqaliyalı gənc oyunçuların baş məşqçi Tayfur Havutçudan və komanda yoldaşlarından üzr istəmələri və qarşıdakıların da onları bağışlamaqları nəticəsində tamamlandı. «Beşikdaş»ın bu üçlüyü – mövsümün əvvəlində «Mançester Yunayted»dən icarəyə götürülən Bebe, eyni vaxtda «Benfika»dan icarələnən Sidney və dəyərinin 50 faizi – 3,1 milyon avroluq hissəsi ödənməklə Madrid «Atletiko»sundan transfer edilən Alves nizamsız gecə həyatları və intizamsız davranışları səbəbiylə heyətdən xaric edilmişdilər. |
|
Xəbər 1059 dəfə oxundu. |
|
|