Qadın güləşçilərimiz Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər
Qadın güləşçilərdən ibarət Azərbaycan yığması 2019-cu ildə ilk təlim-məşq toplanışını Türkiyədə keçirir.

Yanvarın 16-dan baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Kayseridə hazırlığa start verən millimiz ayın sonunadək burada əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində məşqlərini davam etdirəcək.

Toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə keçirilir.

Qeyd edək ki, komandamız toplanışı başa vurduqdan sonra fevralın ilk günlərində Fransanın Nitsa şəhərində təşkil olunacaq “Qran-Pri”də qüvvəsini sınayacaq.

AZƏRTAC

Xəbər 804 dəfə oxundu.