Finlandiyada Formula 1 mərhələsi keçirilə bilər
2020-ci ildə Finlandiyanın paytaxtı Helsinkidən 110 kilometrlik məsafədəki avtodromda MotoGP dünya çempionatının debüt mərhələsi keçiriləcək.

Hazırda tikintisi davam edən avtodrom daha yüksək səviyyəli yarışların keçirilməsi üçün bütün tələblərə cavab verəcək. Bunu nəzərə alan Finlandiya Avtomobil İdmanı Federasiyası bu ölkədə Formula 1 dünya çempionatı mərhələsinin keçirilməsi imkanlarını araşdırır.

“GPblog” saytına müsahibə verən federasiya rəhbəri Tatu Lexmuskallio bildirib ki, avtomobil idmanı sahəsində Finlandiyanın geniş təcrübəsi var. Son illər fin yürüşçülər Formula 1 və WRC yarışlarında digər ölkələrin təmsilçilərindən daha çox titul qazanıblar. Ölkədə uğurlu və maraqlı idman yarışlarının təşkili sahəsində də yaxşı ənənə mövcuddur.

Finlandiyanın 150 min tamaşaçı yerlik “KymiRing” avtodromu 2019-cu ilin avqustunda avtomobil idmanı ilə məşğul olanların sərəncamına veriləcək.

AZƏRTAC

Xəbər 639 dəfə oxundu.