Balakəndə şahmat turnirinə start verilib
Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında şahmat turniri başlayıb. Turnirdə 3 yaş qrupunda 73 şahmatçı oğlan və qız mübarizə aparır.

Bu barədə rayon gənclər və idman idarəsindən məlumat verilib.

Yarışdan öncə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışa start verilib.

Turnirə yanvarın 19-da yekun vurulacaq.

Xəbər 757 dəfə oxundu.