Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkü atılıb
Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinin püşkü atılıb.

Əvvəlki mərhələdə olduğu kimi, yenə mübarizə Birinci və İkinci liqaların təmsilçiləri arasında gedəcək. Xüsusilə də qış fasiləsinə turnir cədvəlinin ikinci və üçüncü pilləsində yollanan ADBTİA–“Standard” dueli diqqətləri cəlb edir.

Püşkə əsasən, 1/16 finalda “Green Log”–“Borçalı”, “Dalğa”–“Rəvan”, “Gilan Construction”-“Mübariz”, “Bibi-Heybət”-“Obolon”, “Avanqard”-“Hövsan”, “Füzuli”- “Advokat”, “Gənclik”-“Baku Fire”, “Xəzər Astara”-“Təbriz” və ADBTİA-“Standard” qarşılaşmaları keçiriləcək.

Bu mərhələnin oyunları yanvarın 25-26-da Bakı İdman Sarayında keçiriləcək.

Xəbər 780 dəfə oxundu.