“Qolu mənim vurmağım elə də vacib deyil” | |
“Çox şadam ki, finala çıxdıq. Biz meydanda bütün gücümüzü qoyaraq, qələbə qazandıq”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Bakı”nın argentinalı futbolçusu Lukas Mario Horvat klubunun saytına açıqlamasında deyib. Qış fasiləsində transfer edilən oyun qurucusu “Qarabağ”la cavab yarımfinal oyununun qəhrəmanlarından oldu. Belə ki, “Bakı” məhz Xorvatın vurduğu qolla evdə 0:1 hesablı məğlubiyyətin əvəzini çıxaraq, cütün taleyini əlavə vaxta daşıdı. Oyun sonrası 11-metrlik zərbələrdə “zolaqlılar” finala çıxmaq vəzifəsini yerinə yetirdi. Bu zaman penaltidən də rəqibinə qol vuran Lukas daha vacib olan komandasının uğurunu sayır: “Qolu mənim vurmağım elə də vacib deyil. Elə ola bilərdi ki, qolu mən yox, komanda yoldaşım vurardı. Əsas komandamızın uğur qazanmağıdır ki, buna da nail olduq”. |
|
Xəbər 916 dəfə oxundu. |
|
|