Xavyer Junior: Hamı görməyə adət etdiyi “Bakı”nı gördü
“Fenomenal bir oyun alındı”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı” klubunun futbolçusu Xavyer Junior deyib. Yarımmüdafiəçi Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la oyunundan sonra “Bakı”nın rəsmi saytına açıqlama verib:

“Qarabağ”la qarşılaşmada sonadək mübarizə apardıq. Bununla da qalib gəlməyi bacardıq. Bu gün hamı görməyə adət etdiyi “Bakı”nı gördü. Həmin “Bakı”nı ki bütün Azərbaycan, bütün dünya belə tanıyır”.
Qeyd edək ki, “zolaqlılar” 2 oyunun ümumi nəticəsində penaltilər seriyasında dünən qalib gələrək, finala yüksəlib.

Xəbər 953 dəfə oxundu.