“Sumqayıt” klubu heyətinə daha bir qapıçı cəlb edib | |
“Sumqayıt” klubu son olaraq “Sabah”ın şərəfini qorumuş Aydın Bayramovla 1,5 illik müqavilə imzalayıb. İyirmi üç yaşlı qolkiper yeni komandasında 13 nömrəli formada çıxış edəcək. "Sumqayıt" daha əvvəl "Neftçi"dən qapıçı Rəşad Əzizlini də heyətinə cəlb edib. Qeyd edək ki, Aydın Bayramov futbolçu karyerası ərzində “Rəvan”, MOİK və “Sabah” klublarının uğurları üçün çalışıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandaya da cəlb olunub. Daha əvvəl "Sumqayıt" futbol komandasının qış hazırlıq planı müəyyənləşib. |
|
Xəbər 832 dəfə oxundu. |
|
|