Respublika Şahmat Mərkəzində 16 yaşadək uşaqlar arasında beynəlxalq reytinq turniri keçiriləcək | |
Yanvarın 14-dən 22-dək Respublika Şahmat Mərkəzində 16 yaşadək uşaqlar arasında beynəlxalq reytinq turniri keçiriləcək. Bu barədə turnirin təşkilatçısı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov məlumat verib. “Azərbaycan Şahmat Federasiyasının təkliflərinə əsasən, 1-ci dərəcə uğrunda keçirilən yarışların sayı azaldılaraq tədricən beynəlxalq reytinq turnirlərinin təşkilinə önəm veriləcək. Belə ki, artıq 16 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) gənclər arasında beynəlxalq reytinq turnirlərinin ardıcıl olaraq keçirilməsi prosesinə start verilib. Bu yarışlara istənilən dərəcəli idmançıların buraxılması nəzərdə tutulub. Məqsəd iştirakçıların erkən yaşlardan beynəlxalq əmsala malik olmaları və şahmat ustalıqlarını daim artırmalarıdır. Bu yarışlarda dərəcə hesablanmayacaq”, - deyə S.Əbdülov qeyd edib. Turnirə qatılmaq istəyənlər yanvarın 13-dək Respublika Şahmat Mərkəzinə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Doqquz turdan ibarət olacaq yarışın nəticələri beynəlxalq reytinqlərin hesablanması üçün FIDE-yə göndəriləcək. |
|
Xəbər 849 dəfə oxundu. |
|
|