Cari ildə cüdoçularımız beynəlxalq turnirlərdə 177 medal qazanıblar
Cari ili Azərbaycan idmanı, eləcə də cüdo üçün uğurlu hesab etmək olar. Bu il cüdoçularımız ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib, Bakıda keçirilən dünya çempionatı yüksək səviyyədə təşkil olunub.

Bu sözləri dekabrın 28-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) 2018-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə qurumun prezidenti Rövnəq Abdullayev deyib.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan R.Abdullayev gələn il cüdoçularımızı daha ciddi sınaqların gözlədiyini diqqətə çatdırıb.

Sonra ACF-in baş katibi Elmar Babanlı cari ilin yekunlarına dair məruzə ilə çıxış edib. Bildirib ki, bu il cüdoçularımız 39 beynəlxalq turnirdə iştirak edib və 177 medal qazanıblar. Bunlardan 48-i qızıl, 46-sı gümüş və 83-ü bürünc medaldır.

Sonra il ərzində fərqlənən cüdoçular mükafatlandırılıb.

Xəbər 780 dəfə oxundu.