Qətərdə iki stadionun tikintisi tezliklə başa çatacaq | |
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatına üçün hazırlanan “Əl-Beyt” və “Əl-Vakra” stadionlarının tikintisi tezliklə başa çatacaq. Dünya çempionatı üçün səkkiz stadion tikilib və yenidən qurulacaq. Ötən günlərdə artıq Dohada “Xəlifə” Arena istifadəyə verilib. Qırx min tamaşaçı tutumuna malik “Əl-Vakra” stadionu ərəb gəmisinə oxşar şəkildə hazırlanıb. “Əl-Beyt” stadionu isə 60 min tamaşaçı üçün nəzərdə tutulub və Ərəb çadırını xatırladır. Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Qeyd edək ki, dünya çempionatı üçün inşa edilən bütün stadionlar 2021-ci ildə istifadəyə veriləcək. |
|
Xəbər 853 dəfə oxundu. |
|
|