Bakıda “Avropa Liqası Muzeyi”ndə futbolçularımızın imza günü təşkil olunacaq | |
2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza gününün qonaqları bəlli olub. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, dekabrın 26-da “Avropa Liqası Muzeyi”ndə millimizin və “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin imza günü təşkil olunacaq. Ertəsi gün isə milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun muzeydə imza günü keçiriləcək. Muzey ziyarətçiləri imza günündə futbolçularımız ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər. Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib. |
|
Xəbər 840 dəfə oxundu. |
|
|