Boccia idman növü üzrə milli komandamız İsrailə yollanıb | |
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) boccia idman növü üzrə milli komandası İsrailə yollanıb. İdmançılarımız Təl-Əvivdə keçiriləcək açıq İsrail çempionatında iştirak edəcəklər. Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında Boccia Federasiyası yaradılıb. Vüqar Əsgərov federasiyaya vitse-prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçiliblər. |
|
Xəbər 803 dəfə oxundu. |
|
|