UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb | |
Dekabrın 17-də UEFA-nın mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, səkkizdəbir finalda aşağıdakı oyunlar keçiriləcək: “Şalke” - “Mançester Siti”; “Atletiko Madrid” - “Yuventus”; “Mançester Yunayted” - “Paris-Sen-Jermen”; “Tottenhem” – “Borussiya Dortmund”; “Lion” - “Barselona”; “Roma” - “Porto”; “Ayaks” - “Real Madrid”; “Liverpul” - “Bavariya”. Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk oyunları fevralın 12-13-də və 19-20-də oynanılacaq. Cavab qarşılaşmaları isə martın 5-6-da və 12-13-də keçiriləcək. Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı “Atletiko Madrid” klubunun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda oynanılacaq. |
|
Xəbər 766 dəfə oxundu. |
|
|