AFFA-nın baş katibi Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb
AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Məşqçilər Komitəsinin yeni tərkibdə ilk görüşü keçirilib.

Baş katib komitənin yeni üzvləri Şahin Diniyev və Yaşar Vahabzadəyə fəaliyyətlərində uğurlar arzulayıb.

Bir sıra aktual mövzular ətrafında müzakirələrin aparıldığı görüşdə Azərbaycan milli komandası və aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı Məşqçilər Komitəsi tərəfindən təklif və tövsiyələrin hazırlanaraq baş katibliyə təqdim edilməsi xahiş olunub. Eyni zamanda, qeyd edilib ki, baş məşqçi namizədləri ilə keçiriləcək müsahibə-görüşlərdə Məşqçilər Komitəsinin üzvləri də iştirak edəcəklər.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin dekabrın 8-də keçirilən iclasında Şahin Diniyev və Yaşar Vahabzadənin Məşqçilər Komitəsinin üzvü təyin olunması barədə qərar qəbul edilib.

Xəbər 935 dəfə oxundu.