2019-cu ildə F1 Meksika Qran-Prisi son dəfə keçirilə bilər | |
Formula 1 Meksika Qran-Prisi 2019-cu ildən sonra öz fəaliyyətini dayandıra bilər. Bunun səbəbi Meksika hökumətinin gələn ildən sonra bu yarışları dəstəkləmək niyyətinin olmamasıdır. Keçmiş idmançı və hazırda Milli İdman Komitəsinin üzvü olan Ana Qabriela Qevara “F1i” portalına deyib: “Bu problemin həlli yollarını araşdırmalıyıq. Hökumətin niyyəti aydındır, o, vergiödəyicilərinin pullarını Formula 1 mərhələsi keçirməyə xərcləmək istəmir. Meksikada əhalinin böyük hissəsi yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır, Formula 1-in Meksikaya qayıtması isə korrupsiya halları ilə müşayiət olunub. Yarışların Meksikaya qayıtması üçün həddindən artıq çox rüşvət verilib”. Qeyd edək ki, Meksika Qran-Prisi ard-arda dörd dəfə mövsümün ən yaxşı mərhələsi elan olunub. |
|
Xəbər 1294 dəfə oxundu. |
|
|