“Qəbələ”nin baş məşqçisi: Qələbə qazanmağı çox istəyirdik | |
Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün bəzi taktiki gedişləri reallaşdırmalı idik. Belə gedişlərin üzərində həm məşqlərdə, həm nəzəri hazırlıq zamanı çox çalışmışdıq. Oyundan razı qaldım. Bəzi elementləri meydanda reallaşdırsaq da, qol imkanlarından yararlana bilmədik. Bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Səbail” ilə oyunundan (0:0) sonra təşkil olunmuş mətbuat konfransında deyib. Otuz səkkiz yaşlı mütəxəssis, həmçinin bildirib: "Rəqibin də fərqlənmək şansları oldu. Bu, futbolda normal haldır. Biz qələbə qazanmağı daha çox istəyirdik ki, xal fərqi böyüməsin. Nəticə qane etməsə də, oyun ümid verdi. Sevindiricidir ki, futbolçularıma verilən tapşırıqları düzgün yerinə yetirdilər. Təəssüflər olsun ki, imkanlarımız qola çevirə bilmədik. Qarşıda mövsümün ikinci yarısı var. Bu, bizim ilk yarıda son oyunumuz idi. İnanıram ki, “Qəbələ” qış fasiləsindən sonra qələbələri sıralayacaq. Bunu əminliklə deyə bilərəm. Qış fasiləsində komandadan heç kimi göndərmək fikrimiz yoxdur. Bu kollektivi daha da möhkəmləndirmək istəyirik. Ola bilər ki, heyətə yeni oyunçular cəlb edilsin”. |
|
Xəbər 803 dəfə oxundu. |
|
|